Polşa və Ukrayna yaxın günlərdə yeni sərhəd keçidini açacaq.
Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk Ukrayna prezidenti Volodimir Zelenski ilə Lvovda görüşündən sonra bildirib.
"Bunun praktiki əhəmiyyəti var . Müharibəyə baxmayaraq, biz indi, xüsusən də bayram ərəfəsində, sərhəd keçidinə gəldikdə, fürsətdən istifadə etmək istəyəcək sadə insanların maraqları üçün düşünür və hərəkət edirik", - Tusk bildirib.
Hazırda Polşa-Ukrayna sərhədində 13 buraxılış məntəqəsi var: 7 avtomobil və 6 dəmir yolu.
QAZİLER.AZ