Rusiya “Taliban”ı terrorçular siyahısından çıxarmaq üçün hazırlığa başlayıb

Rusiya “Taliban”ı terrorçular siyahısından çıxarmaq üçün hazırlığa başlayıb backend

Rusiya Dövlət Duması məhkəmə qərarı ilə qruplaşmaların terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanunu ikinci və üçüncü oxunuşda qəbul edib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, yenilik, xüsusilə, Rusiya ilə Əfqanıstanda hakimiyyətə gələn “Taliban hərəkatı” arasında hüquqi qarşılıqlı əlaqənin təmin edilməsinə yönəlib.

Sənəddə deyilir ki, belə bir təşkilatın fəaliyyətinə qoyulan qadağa Rusiya məhkəməsinin qərarı ilə dayandırıla bilər. Bunun üçün ölkənin Baş Prokurorunun və ya onun müavininin ərizəsi tələb olunur.

Qeyd edək ki, noyabrın sonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Əfqanıstan nümayəndə heyəti ilə görüşündə Talibanı qara siyahıdan çıxarmaq planlarından danışıb. Rusiya və Əfqanıstan nümayəndə heyətləri noyabrın 25-də görüşüblər.

QAZİLER.AZ

Diaspora