Merkel şalvarlı kostyumların onun sayəsində populyar olduğunu bildirib

Merkel şalvarlı kostyumların onun sayəsində populyar olduğunu bildirib backend

Almaniyanın keçmiş kansleri Angela Merkel siyasətdə şalvarlı kostyumlarının populyarlığında rolu olduğuna inanır.

Qaziler.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Angela Merkel dekabrın 16-da Kölndə keçirilən yarmarkada oxucularla görüşündə siyasətdə şalvarlı kostyum geyimini müzakirə edib. O qeyd edib ki, 1990-cı illərin əvvəllərində qadın siyasətçilərin bu cür geyimlərdə görünməsi ən azı onun partiyasında hələ də “siyasi əhəmiyyət kəsb edən hadisə” idi. Lakin Merkelin sözlərinə görə, vəziyyət tezliklə dəyişib. Bu səbəbdən keçmiş kansler hesab edir ki, o, şalvarlı kostyumlarının "sıçrayışında" xüsusi rol  oynadığını hesab edir.

QAZİLER.AZ

Diaspora