Avropa İttifaqına daxil olmaq Türkiyənin strateji hədəfi olaraq qalır.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Aydındır ki, Aİ-yə daxil olmağımız həm birlik, həm də ölkəmiz üçün mühüm töhfə olacaq”, - Ərdoğan deyib.
Türkiyə liderinin sözlərinə görə, son hadisələr ölkənin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirib. Ərdoğan əlavə edib ki, əsas müzakirə mövzusu Türkiyə ilə Aİ arasında əməkdaşlığın canlandırılması üçün atılacaq ümumi addımlardır.
QAZİLER.AZ