Bred Pitt uşaqları ilə görüşə bilmək üçün içkidən imtina edib

Bred Pitt uşaqları ilə görüşə bilmək üçün içkidən imtina edib backend

Hollivud aktyoru Bred Pitt övladları ilə barışmaq və görüşə bilmək üçün spirtli içkidən imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Radar Online” məlumat yayıb.

“Səkkiz il əvvəl ayrıldıqdan sonra uşaqları ilə münasibətləri heç vaxt bərpa olunmayıb. Bu, çox çətin bir yol olub, lakin Bred təslim olmayıb. O, ailəsini xilas etmək istəyir”, - ulduza yaxın bir insayder bildirib.

Mənbə bildirib ki, aktyor Ancelina Colidən ayrıldıqdan sonra övladlarına öz üzərində işlədiyini sübut etməyə çalışıb. Bred Pitt terapiyaya gedib, içki içməyi dayandırıb və vəziyyəti düzəltmək üçün hər şeyə cəhd edib. Mənbə sənətçinin indi Milad möcüzəsi üçün dua etdiyini və uşaqları ilə ünsiyyəti bərpa etməyə ümid etdiyini söyləyib.

Bred Pitt və Ancelina Coli 2016-cı ildə aktrisanı və altı övladından dördünün təyyarədə olduğu zaman spirtli içki səbəbindən qızğın mübahisədən sonra ayrıldıqlarını elan ediblər.

QAZİLER.AZ

Diaspora