Suriyanın yeni hakimiyyət orqanları Moskvanın hərbi baza yerləşdirmək məqsədiylə Tartus limanını icarəyə götürmək üçün Rusiya ilə imzaladığı razılaşmanı pozmaq niyyətində deyil.
Qaziler.az xəbər verir ki, bu barədə əmirliyin “The National” nəşri “Həyat Təhrir əş-Şam” qruplaşmasındakı mənbəyə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiya hərbçiləri təhlükəsizlikdədir.
Biz yeni hökumətin hakimiyyəti altında təhlükəsizlikdəyik və yaxşı münasibətləri qorumağa sadiqik”, – bazada yerləşən hərbçilərdən biri deyib.
Suriyada yeni hökumətin nümayəndələri arasında olan mənbələrdən biri nəşrə bildirib ki, Rusiya ilə Tartus limanının icarə müqaviləsi birtərəfli qaydada ləğv edilə bilməz. Qəzet əlavə edib ki, hazırda danışıqlar ilkin mərhələdədir.
QAZİLER.AZ