Rusiya və Ukrayna “böyük əsir mübadiləsi” ilə bağlı danışıqlar aparır

Rusiya və Ukrayna “böyük əsir mübadiləsi” ilə bağlı danışıqlar aparır backend

Rusiya və Ukrayna hərbçiləri əsirlərin “böyük mübadiləsi” ilə bağlı danışıqlar aparırlar.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib. O xatırladıb ki, bundan əvvəl yüzlərlə Ukrayna hərbçisinin adı olan siyahını dərc edib və qeyd edib ki, Rusiya tərəfi eyni sayda rus hərbi əsirlərinin geri qaytarılması müqabilində mübadiləyə hazırdır.

“Böyük əsir mübadiləsi ilə bağlı hələlik razılıq əldə olunmayıb. Bilirsiniz ki, mən iki siyahı dərc etmişəm: biri Ukrayna tərəfinə göndərdiyimiz və verməyə hazır olduğumuz biri 900 nəfərlik, digəri isə 600 nəfərlik siyahıdır. Biz Ukraynadan da eyni sayda [Rusiya] hərbi əsirlər gözləyərik”, - ombudsman bildirib.

QAZİLER.AZ

Diaspora