ABŞ-də xristian məktəbində atışmanın TƏFƏRRÜATI

ABŞ-də xristian məktəbində atışmanın  TƏFƏRRÜATI backend

ABŞ-nin Medison şəhərində (Viskonsin ştatı, ABŞ) xristian məktəbində atışmanı 15 yaşlı qız törədib.

Oxu.Az-ın CNN telekanalına istinadla verdiyi məlumata görə, bu barədə Medison şəhər polis rəisi Şon F.Barns bildirib.

Onun sözlərinə görə, atəş açan şəxs də daxil olmaqla üç nəfər həlak olub.

"Atəş açan şəxs məktəbin şagirdi, özünü Samanta adlandıran 15 yaşlı Natali Rapnou kimi müəyyən edilib. Onun ölümü yerli xəstəxanaya aparılarkən təsdiqlənib. Müəllim və bir şagird hadisə yerində həlak olublar", - deyə hüququ mühafizəçisi bildirib.

İlkin məlumatlara görə, onun tapançası olub və dərsə özü ilə aparıb. O, ətrafındakılara atəş açdıqdan sonra özünü öldürüb. Hücumçunun motivləri araşdırılır.

Barnes qeyd edib ki, qızın valideynləri istintaqla əməkdaşlıq edirlər və hüquq-mühafizə orqanlarının onlara qarşı heç bir iddiası yoxdur.

Polis əlavə edib ki, hadisə zamanı məktəbin altı şagirdi və bir müəllimi də xəsarət alıb, şagirdlərdən ikisinin vəziyyəti kritikdir.

Xatırladaq ki, Medisonda dekabrın 16-da 390-dan çox şagirdin təhsil aldığı xristian məktəblərindən birində atışma olub. Hadisə barədə ikinci sinif şagirdi məlumat verib. Polis məktəbə üç dəqiqə sonra gəlib.

Diaspora