Kanadanın baş naziri Castin Trüdo təkcə ölkədə gedən proseslərə deyil, həm də öz hökumətinə nəzarəti itirib.
Qaziler.az TASS-a istinadla məlumat verir ki, bunu müxalif Mühafizəkarlar Partiyasının rəhbəri Piyer Pualyevr bildirib.
Parlamentdə çıxış edən müxalifət lideri qeyd edib ki, Trüdo nəzarəti itirib, lakin hakimiyyətdən yapışmaqda davam edir. Baş nazirin seçicilərə, immiqrasiyaya, xərclərə, inflyasiyaya və ya mənzil xərclərinə nəzarəti yoxdur və artıq öz kabinetinə nəzarəti ydə itirib.
Piyer Pualyevr və müxalif Yeni Demokrat Partiyasının rəhbəri Caqmit Sinqx Trüdonu istefaya çağırıb. Baş nazirin özü isə parlamentin iclasında iştirak etməyib.
QAZİLER.AZ