Suriyanın Mərkəzi Bankında Bəşər Əsədin dövründən bu yana təxminən 26 ton qızıl saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən yazır.
Nəşr qeyd edir ki, hazırkı bazar qiymətləri ilə Suriya Mərkəzi Bankında qızıl ehtiyatlarının dəyəri 2,2 milyard dollar təşkil edir.
Eyni zamanda, agentliyin həmsöhbətlərindən biri Mərkəzi Bankın valyuta ehtiyatlarının nağd şəkildə cəmi 200 milyon dollara bərabər olduğunu, digəri isə ABŞ dolları ehtiyatlarının yüz milyonlarla olduğunu açıqlayıb.
QAZİLER.AZ