İranda 5 ayda 1191 nəfər narkotik maddələrdən zəhərlənərək həyatını itirib

İranda 5 ayda 1191 nəfər narkotik maddələrdən zəhərlənərək həyatını itirib backend

Cari ilin ilk beş ayında (İranda il martın 21-də dəyişir) İranda 1191 nəfər narkotik maddələrdən zəhərlənərək həyatını itirib. Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Ərzaq və Dərman Təşkilatının narkotik və toksinlər üzrə milli mərkəzin katibi Tələt Qaneyə istinadən məlumat verib.

T.Qane deyib ki, narkotik maddələrdən zəhərlənərək həyatını itirənlərin 53 faizi kəskin zəhərlənmə, 31 faizi isə narkotik asılılığına görə həyatını itirib.

Onun sözlərinə görə, l narkotik maddələrdən zəhərlənərək həyatını itirənlərin sayı ötən il 2986 nəfər olub ki, onlardan 54,8 faizi kəskin zəhərlənmə, 37 faizi isə narkotik asılılığına görə həytını itirib.

Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, ölkədə narkotik maddələrin, xüsusilə də daha təhlükəli narkotik vasitələrin istifadəsi artıb. İranın şərq sərhədlərində, xüsusilə Əfqanıstanın işğalından sonra narkotik istehsalı iki-üç dəfə artıb.

Hazırda İran həbsxanalarında saxlanılan şəxslərin 50 faizi narkotik maddələrin istifadəsi və qaçaqmalçılığında ittiham olunaraq saxlanılır. Bu rəqəm İranın bəzi əyalətlərində 65 faiz təşkil edir.
Diaspora