Monteneqro Ukraynaya cəmi iki hərbçi göndərəcək

Monteneqro Ukraynaya cəmi iki hərbçi göndərəcək backend

Monteneqro Almaniyada NATO-nun Ukraynaya Təhlükəsizlik və Təlim Dəstəyi (NSATU) təşəbbüsündə iştirak etmək üçün ən azı iki hərbçi göndərmək istəyir.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bunu Monteneqronun baş naziri Miloyko Spaiç deyib. Onun sözləri alyansın saytında dərc olunub. O qeyd edib ki, Podqoritsa Kiyevə dəstək verir.

“Monteneqro NATO-nun Almaniyada təhlükəsizlik və təlim sahəsində Ukraynaya yardım təşəbbüsündə iştirak etmək üçün ən azı iki hərbi qulluqçu göndərmək niyyətindədir”, - Spaiç bildirib.

QAZİLER.AZ

Diaspora