Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Bratislava Aİ-nin Gürcüstana qarşı sanksiyalarının tətbiqini qırmızı xətti keçmək kimi qiymətləndirir.
Qaziler.az “Pravda” portalına istinadla bildirir ki, Fitsoo Avropa İttifaqını qazın Ukrayna ərazisindən Aİ ölkələrinə tranzitini davam etdirmək səylərini asanlaşdırmağa çağırıb.
“Biz təkid edirik ki, Gürcüstanda mövcud vəziyyət obyektiv qiymətləndirilsin. Bizim üçün sanksiyalar tətbiq etməklə Gürcüstanın daxili işlərinə qarışmaq barədə hər hansı müzakirə qırmızı xətt sayılır”, - deyə baş nazir bildirib.
Braziliyanın dövlət başçısı vəzifəsini icra edən Geraldo Alkmin ilə danışıqlardan sonra Fitso bildirib ki, Slovakiya Ukrayna münaqişəsinin həlli üçün Braziliya və Çin tərəfindən hazırlanmış planı bütün mövcud imkanlarla dəstəkləyəcək. O, Pekin və Braziliyanın döyüşlərin dayandırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Fitso Ukraynanın ərazilərinin bir hissəsini Rusiyaya verəcəyini və NATO-ya dəvət olunmayacağını bildirib. O, Slovakiya hökumətinin başçısı vəzifəsini tutduğu müddətdə Kiyevin Alyansa qoşulmasına heç vaxt icazə verməyəcəyini vurğulayıb.
QAZİLER.AZ