ABŞ Kiyevin sülh danışıqlarından kənarlaşdırılmasını təklif edib

ABŞ Kiyevin sülh danışıqlarından kənarlaşdırılmasını  təklif edib backend

“Ukrayna münaqişəsinin həllinin ilkin mərhələsində danışıqlar yalnız Rusiya və ABŞ arasında aparılmalıdır”.

Qaziler.az xəbər verir ki, bu fikirlər Britaniyalı politoloq və Vaşinqtondakı Məsuliyyətli Hökumət üzrə “Quincy” İnstitutunun aparıcı tədqiqatçısı Anatol Livenin "Foreign Policy" jurnalına verdiyi açıqlamasında qeyd olunub. O hesab edir ki, Kiyevi gələcəkdə danışıqlara qoşmaq mümkün olacaq.

Ekspert əmindir ki, Ukrayna danışıqlarda lazımi məsələləri qaldıra bilməyəcək. Bundan əlavə, Kiyevə görə hər hansı təklif edilən kompromis ictimailəşəcək və bütün dünyada etiraz fırtınasına səbəb olacaq.

“Acınacaqlı, lakin qaçılmaz həqiqət ondan ibarət ola bilər ki, Ukrayna əvvəldən danışıqlarda iştirak etsə, onda nizamlanmada irəliləyiş tamamilə qeyri-mümkün olacaq”, - politoloq qeyd edib.

QAZİLER.AZ

Diaspora