Xabarovsk diyarının Nanayski rayonunda pələng istirahət mərkəzinə gələn ziyarətçiyə hücum edib.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 16-da Xabarovsk İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.
“2024-cü il dekabrın 14-də pələng Xabarovsk diyarının Nanayski rayonundakı istirahət mərkəzinə gələn ziyarətçiyə hücum edərək kişiyə bədən xəsarəti yetirib”, - Telegram kanalında qeyd edilib.
İdarədən verilən məlumata görə, kişiyə tibbi yardım göstərilib. Həyat və sağlamlıq üçün heç bir təhlükə yoxdur.
Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunacaq, həmçinin istirahət mərkəzinin ərazisində təhlükəsizlik qaydalarına əməl olunmasının yoxlanılması da həyata keçiriləcək.
QAZİLER.AZ