Norveç hökuməti Ukrayna donanmasını gücləndirmək və Qara dənizdə Rusiya hərbi-dəniz qüvvələrinin qarşısını almağa kömək etmək üçün 2,7 milyard kron (242 milyon dollar) ayıracaq.
Qaziler.az bildirir ki, Reuters-in məlumatıəna görə, bunu Norveçin baş naziri Yonas Qar Stere deyib.
“Ukraynanın əhalisini və infrastrukturunu Rusiya Qara Dəniz Donanmasının hücumlarından qorumaq lazımdır”, - deyə o bildirib.
Stere əlavə edib ki, Ukraynaya mühüm gəlirlər gətirən taxıl və digər məhsulların dəniz yolu ilə ixracını qorumaq da vacibdir.
Qeyd edək ki, Norveç Ukraynanın əsas müttəfiqlərindən biri olaraq qalır.
Noyabrda Norveçin parlament partiyaları 2025-ci ildə Ukraynaya yardım üçün 35 milyard NOK (3,2 milyard dollar) ayırmağa razılaşıblar.
Bundan əlavə, Norveç ilin sonuna qədər altı F-16 qırıcısını təhvil verə bilər.
QAZİLER.AZ