Qərb Suriyada yeni münaqişə riski ilə bağlı xəbərdarlıq edib

Qərb Suriyada yeni münaqişə riski ilə bağlı xəbərdarlıq edib backend

Digər dövlətlərin ölkədəki vəziyyətə nəzarət uğrunda mübarizəsi səbəbindən Suriyada yeni münaqişə riski var.

Qaziler.az bildirir ki, bu barədə "Washington Post" (WP) xəbərdarlıq edir.

Əsas risk Suriyanın şimal-şərqində və şərqində kürdlərin nəzarətində olan anklavda və onun ətrafındadır. Orada 900-ə yaxın Amerika əsgəri “qismən İŞİD ilə mübarizə aparmaq üçün yaradılan kürd qüvvələri ilə birlikdə yerləşdirilib.

Onilliklər ərzində kürdlərlə döyüşən Türkiyə uzun müddətdir ki, onların Suriyadakı anklavına qarşı çıxıb. Türkiyənin dəstəklədiyi sünni üsyançıların yüksəlişi ərəblər və kürdlər arasında yeni bir qarşıdurmaya səbəb ola bilər. Nəşr qeyd edir ki, bu, öz növbəsində Ankaranı Suriyanın dərinliklərinə çəkə və “Amerika qoşunlarını tələyə sala bilər”.

Yaxın Şərq İnstitutunun baş elmi işçisi Çarlz Lister deyib ki, "İslam Dövləti" orada yenidən toparlanmağa çalışır və bu da daha çox döyüş riskini artırır.

QAZİLER.AZ

Diaspora