Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrilməsindən bir neçə gün əvvəl İran nümayəndəsinə Türkiyənin islam üsyançılarına fəal dəstəyindən şikayət edib.
QAZÍLER.AZ Lent.az-a istinaden bildirir ki, bu Íranın xarici işlər naziri Abbas Arakçı söhbətində Əsədi Tehrandan yardımların davam edəcəyinə əmin edib və mövcud vəziyyəti Türkiyə nümayəndələri ilə müzakirə edəcəyinə söz verib. Söhbətin dekabrın 1-də - qiyamçıların hücumunun beşinci günündə baş verdiyi qeyd edilir. Bu zaman üsyançılar İdlib və Hələbi işğal etmişdilər və Suriya ordusu hücuma keçməyi planlaşdırırdı.
Əsədlə söhbətdən sonra iranlı nazir türkiyəli həmkarı Hakan Fidana üsyançılara dəstəkdən dərin narahatlığını ifadə edib və Türkiyənin ABŞ və İsrailin planlarını dəstəkləməsindən narazılığını bildirib. Türkiyə buna cavab olaraq Əsədi Suriyadakı münaqişəni diplomatiya yolu ilə həll etmək istəməməkdə ittiham edib.
Bundan əvvəl bir sıra ərəb ölkələrinin liderlərinin Suriyada Bəşər Əsədin devrilməsi ilə əlaqədar öz dövlətlərində iğtişaşların yaranmasından qorxduğu bildirilirdi.