Kriptovalyuta bazarının ən böyük koinlərindən olan “Dogecoin” dekabrın 11-də 0,36 dollardan 0,40 dollara qədər bahalaşıb.
QAZÍLER.AZ Lent.az-a istinaden xəbər verir ki, aparıcı analitiklər “Dogecoin”in qiymətinin qarşıdakı dövrdə 3 dollara, əlverişli bazar şəraitində isə 18 dollara qədər qalxa biləcəyini proqnozlaşdırırlar.
“Dogecoin” texniki göstəricilər üzrə güclü performans göstərir. Kriptovalyuta 50-həftəlik və 200-həftəlik hərəkətli ortalamaların üzərində trenddədir.
Məşhur kriptovalyuta analitikləri “Dogecoin”in yaxın gələcəkdə qiymətinin kəskin artacağını düşünürlər.