Ukrayna Rusiyanın Belqorod vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
QAZÍLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
O, 37 PUA hücumu nəticəsində Belqorod vilayətində 9 yaşlı uşağın öldüyünü, onun anası və 7 aylıq bacısının isə xəstəxanaya yerləşdirildiyini bildirib.