Suriyada hökumət qüvvələrinə və İŞİD terrorçularına qarşı döyüşən müxalifət qruplaşmaları Murek şəhərini ələ keçiriblər. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, adı çəkilən şəhər mühüm strateji avtomagistrallardan birinin üzərində yerləşir. Bu magistral ölkənin qərbinə nəzarəti ələ almaq üçün geniş şərait yaradır.
Əsəd qüvvələri komandanlığından fakt təsdiq olunsa da, qarşı tərəfin ağır itkilər verdiyi qeyd olunub.Xatırladaq ki, Murek şəhəri son bir həftə ərzində üç dəfə əldən-ələ keçib. İŞİD-in nəzarətində olan şəhəri hökumət qüvvələri geri alsa da, son hücumla silahlı müxalif qruplaşmalar Mureki ələ keçirməyə müvəffəq olublar.