Mali, Burkina-Faso və Niger Qərbi Afrika Dövlətləri İqtisadi Birliyini (ECOVAS) tərk etmək barədə qərarlarının qəti olmasını bir daha təsdiq ediblər.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu açıqlama Nigeriyanın paytaxtı Abuca şəhərində keçiriləcək ECOVAS Sammitindən iki gün qabaq Niamey şəhərində keçirilən üç ölkənin xarici işlər nazirlərinin görüşü zamanı verilib.
Onlar təşkilatdan çıxış mexanizmləri barədə razılığa gəlmək məqsədilə müzakirələri davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Qeyd edilməlidir ki, bu ilin yanvar ayında adıçəkilən üç dövlət Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini və ECOVAS-ı tərk edəcəklərini elan ediblər. Onlar ECOVAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət hesab edirlər.