Suriyada həbs edilən ABŞ vətəndaşı Trevis Timmerman ABŞ ordusunun müdaxiləsi sayəsində həbsdən azad edilib və ölkədən uçub.
QAZÍLER.AZ Lent.az-a istinadla bildirir ki, 29 yaşlı amerikalı yeddi ay əvvəl Suriyaya “mənəvi səbəblərdən” həcc ziyarətinə gedib. Lakin həmin şəxs saxlanılaraq həbs edilib. Timmermanı sonuncu dəfə avqust ayında Budapeştdə görüblər, bundan sonra Macarıstan polisi və ABŞ-ın Missuri ştatının səlahiyyətliləri onun axtarışına başlayıblar.
Suriya prezidenti Bəşər Əsədin istefasından sonra amerikalı Dəməşq həbsxanasında tapılıb. Timmerman digər məhbuslardan qışqırıq səsləri eşitsə də, onunla normal davranıldığını deyib. O, əvvəlcə Amerika səlahiyyətliləri ilə əlaqə saxlamaqdan imtina etsə də, sonradan təxliyə olunmağa razılaşıb.
“Bild”in məlumatına görə, bəzi yerli jurnalistlər Timmermanı 10 ildən çoxdur Suriyada yoxa çıxan amerikalı müxbir Austin Tays ilə səhv salıblar. Bununla belə, Taysın taleyi hələ də naməlum olaraq qalır.