Antalya G20 ərəfəsində: şəhərdə 20 İŞİD terrorçusu yaxalandı

Antalya G20 ərəfəsində: şəhərdə 20 İŞİD terrorçusu yaxalandı backend

Türkiyənin Antalya şəhərində İŞİD təhlükəsinə qarşı əməliyyat keçirilib. APA TV-nin türk mətbuatına istinadən xəbərinə görə, əməliyyat Antalyada baş tutacaq G20 ölkələri liderlərinin sammiti öncəsi keçirilib.

Polis 20 şübhəlini saxlayıb. Bu arada Türkiyənin daxili işlər naziri Səlami Altınok Antalyaya səfər edib. Nazir şəhərdə baş tutacaq önəmli tədbir öncəsi hər hansı narahatlığın yaşanmaması üçün müvafiq hazırlıqların artıq başa çatdığını, polisin sammit günlərində gücləndirilmiş iş rejimində xidmət aparacağını bildirib.

Diaspora