Qazaxıstan və Rusiya Uralın ekosisteminin qorunması üçün yeni proqram hazırlayır

Qazaxıstan və Rusiya Uralın ekosisteminin qorunması üçün yeni proqram hazırlayır backend

Transsərhəd Jayık (Ural) çayı hövzəsinin ekosisteminin mühafizəsi üzrə Qazaxıstan-Rusiya komissiyasının videokonfrans formatında dördüncü iclası keçirilib.

QAZÍLER.AZ  AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda tərəflər çay hövzəsi ekosisteminin mühafizəsi və bərpası üzrə 2021-2024-cü illər üçün mövcud ikitərəfli əməkdaşlıq proqramının icrasının nəticələrini müzakirə ediblər.

Qazaxıstan elmi tədqiqatlar (2025-ci ildə başa çatdırılması planlaşdırılır), kanalların və suvarma sistemlərinin yenidən qurulması, sahillərin möhkəmləndirilməsi və dibin dərinləşdirilməsi işləri də daxil olmaqla, aparılan işlər barədə hesabat təqdim edib.

Rusiya tərəfi 2023-cü ildə elmi-tədqiqat işlərinin, təmizləyici qurğuların tikintisi və modernləşdirilməsinin, çayların məcralarının və su hövzələrinin təmizlənməsinin başa çatacağı barədə məlumat verib. İcazəsiz tullantı yerlərinin aradan qaldırılmasına, su hövzələrinə balıq salınmasına və könüllülərin iştirakı ilə ekoloji tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilib.

İclas zamanı transsərhəd ərazilərdə çay hövzəsində suyun keyfiyyətinin monitorinqinin nəticələri nəzərdən keçirilib. Tərəflər subasar meşələrin mühafizəsi və bərpası, o cümlədən nərə balıqlarının populyasiyasının mühafizəsi üzrə tədbirlər haqqında məlumat mübadiləsi aparıblar.

İclasın yekunları üzrə iştirakçılar transsərhəd Jayık çayı hövzəsinin ekosisteminin qorunması üzrə yeni beşillik proqramın işlənib hazırlanması və təsdiq edilməsi barədə razılığa gəliblər.

Diaspora