ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri Moskva və Kiyev arasında münaqişəyə son qoymaq yollarını tapmaq üçün hazırkı Amerika administrasiyasının nümayəndələri və Ukrayna rəhbərliyi ilə danışıqlar aparıblar.
Qaziler.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, ABŞ hələlik Ukraynaya heç bir plan təqdim etməyib.
Tramp da öz növbəsində son günlər bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Lakin bundan əvvəl o, Ukraynaya yardımdan Rusiyaya təzyiq rıçaqı kimi istifadə edəcəyini qeyd edib.
QAZİLER.AZ