Nensi Pelosi Lüksemburqa səfəri zamanı xəstəxanalıq olub

Nensi Pelosi Lüksemburqa səfəri zamanı xəstəxanalıq olub backend

ABŞ Konqresinin Nümayəndələr Palatasının 84 yaşlı keçmiş spikeri Nensi Pelosi Konqresin nümayəndə heyəti ilə Lüksemburqa səfəri zamanı xəsarət alıb və hazırda yerli xəstəxanada tibbi müayinədən keçirilir.

Qaziler.az xəbər verir ki,bu barədə TASS məlumat yayıb.

“Ardenn hücumunun 80-ci ildönümünü qeyd etmək üçün iki partiyalı konqresin nümayəndə heyəti ilə Lüksemburqa səfər edərkən Pelosi yaralanıb və müayinə olunmaq üçün xəstəxanaya aparılıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, zədəsi səbəbindən o, nümayəndə heyətinin planlaşdırılan digər tədbirlərində iştirak edə bilməyəcək.

Mətbuat açıqlamasında Pelosinin Birləşmiş Ştatlara qayıtmağı səbirsizliklə gözlədiyi bildirilib.

QAZİLER.AZ

Diaspora