Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl zabitləri əmin edib ki, Rusiyadan gələcək kömək artıq yoldadır.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən xəbər verib.
Agentliyin məlumatına görə, Moskvaya uçmazdan bir neçə saat əvvəl Suriya lideri Müdafiə Nazirliyində ordu və təhlükəsizlik xidmətinin 30 rəhbər şəxsləri ilə görüş keçirib.
“O, Rusiyanın hərbi dəstəyinin yolda olduğuna inandırıb və quru qoşunlarını dayanmağa çağırıb”, - nəşr vurğulayıb.
Onun sözlərinə görə, Əsəd daha sonra qərargah rəisinə evə gedəcəyini deyib və media müşaviri Butayne Şabaandan vətəndaşlara müraciət etmək üçün onun yanına gəlməsini istəyib. Lakin faktiki olaraq dövlət başçısı hava limanına getdiyi üçün onu evdə tapmayıblar. Qeyd olunur ki, Əsəd Suriya Ərəb Respublikasından qaçmaq planını uzun müddət gizlətdiyi üçün, hətta kiçik qardaşı, elit 4-cü zirehli diviziyanın komandiri Məhər Əsədə də məlumat verməyib.
QAZİLER.AZ