Estoniya parlamenti 2028-ci ilə qədər tutulacaq təhlükəsizlik vergisinin tətbiqinə səs verib.
Qaziler.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Vergi Estoniyanın müdafiə qabiliyyətini artırmaq üçün əlavə vergi gəlirləri əldə etmək məqsədi ilə tətbiq edilib. Buraya 2025-ci il iyulun 1-dən satış vergisinin iki faiz bəndi, 2026-cı ildən isə fiziki şəxslərin gəlir vergisinin iki faiz bəndi artırılması və 2 faizlik korporativ gəlir vergisinin tətbiqi daxildir.
Qeyd olunur ki, yeni qanunu 53 deputat dəstəkləyib, 27 deputat onun qəbulunun əleyhinə səs verib.
QAZİLER.AZ