Şolts vitse-kansler olmaqdan imtina etdi

Şolts vitse-kansler olmaqdan  imtina etdi backend

Almaniyanın federal kansleri Olaf Şolts bildirib ki, müxalifətdə olan Xristian Demokrat İttifaqı və onun rəhbəri Fridrix Merz qarşıdan gələn seçkilərdə qalib gələrsə, Almaniyanın vitse-kansleri postunu tutmaq niyyətində deyil.

Qaziler.az xəbər verir ki, onun sözlərini “Deutschlandfunk” radiosu sitat gətirib.

Məğlub olsa, o bunu etməyəcəyini vurğulayıb. Eyni zamanda o, yenidən Almaniya kansleri olmağa hazırlaşdığını qeyd edib.

Qeyd edək ki, noyabrın 13-də müxalif Xristian Demokrat İttifaqından Almaniya kansleri postuna namizəd Fridrix Merz hökumət koalisiyasının dağılması fonunda Şoltsun siyasətini tənqid edib və hazırkı kansleri ölkəni parçalamaqda ittiham edib.

QAZİLER.AZ

Diaspora