“Rusiya və Ukrayna Yeni il ərəfəsində hərbi əsirlərə bağlamaların çatdırılması mübadiləsini aparacaqlar".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib. Onun sözlərinə görə, artıq müvafiq razılıq əldə olunub.
"Ukrayna ombudsmanı [Dmitri Lubinets] və mən razılaşdıq ki, Yeni ilə qədər ona qeydlər, evdən məktublar, uşaq rəsmləri, əşyalar olan bağlamalar verəcəyik", - Moskalkova deyib.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna ilə əsirlərin mübadiləsi ilə bağlı təklifləri Macarıstanın Moskvadakı səfirliyinə təqdim edib. Lakin onun sözlərinə görə, Kiyev bu təklifi rədd edib.
QAZİLER.AZ