Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozef Borel bildirib ki, bütün səylərə baxmayaraq, Qərb Rusiyanı siyasi baxımdan təcrid edə bilməyib.
Qaziler.az xəbər verir ki, onun sözlərini “El Diario” qəzeti sitat gətirib.
O vurğulayıb ki, Qərb Rusiyanı “siyasi təcrid etmək” və onu iqtisadi sanksiyalarla əzmək niyyətində olub. Borelin sözlərinə görə, Ukraynanın müttəfiqləri guya ölkə iqtisadiyyatını zəiflədə biliblər, lakin Moskvanı siyasi cəhətdən təcrid etməyiblər.
Siyasətçi Avropa Birliyinin Kiyevə lazım olan müddətədək kömək edəcəyi ilə bağlı vədini xatırladıb, lakin onu da qeyd edib ki, heç nə sərhədsiz deyil.
QAZİLER.AZ