Ukraynada Baydenin Trampa hansı zərbəni vurduğu açıqlanıb

Ukraynada Baydenin Trampa hansı zərbəni vurduğu açıqlanıb backend

Ukrayna Silahlı Qüvvələrinin Taqanroqa endirdiyi zərbə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinə son qoymaq planlarına xələl gətirə bilər.

Qaziler.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Devis “X” sosial şəbəkəsində bildirib. O xatırladıb ki, Rusiya dəfələrlə belə hərəkətlərə cavab vəd edib.

Devis bu zərbəni Ukrayna Silahlı Qüvvələri üçün sıfır fayda adlandırıb, lakin bunun münaqişənin gərginləşməsinə töhfə verə biləcəyini etiraf edib.

Tramp Ukrayna üçün ən əlverişli şərtlərlə müharibəni aktiv şəkildə dayandırmağa çalışdığı bir vaxtda Bayden administrasiyası Ukraynadan Rusiyaya qarşı növbəti uzunmənzilli silahlarla zərbə vurmağa icazə verməklə nə edir? – keçmiş hərbçi sual verib.

QAZİLER.AZ

Diaspora