ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci ilin hərbi büdcəsindən Ukrayna üçün “Lend-Lease”i silib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova “Facebook”da məlumat verib. Onun sözlərinə görə, “Lend-Lease” bəndi Senatın qanun layihəsində olub, lakin Nümayəndələr Palatası qanun layihəsinə onsuz səs verib.
Hərbi büdcə layihəsi ABŞ Senatı tərəfindən imzalanacaq. “Lend Lease” aktı hazırkı prezident Co Bayden tərəfindən 9 may 2022-ci ildə uzun hüquqi prosedurlar olmadan silahların Ukraynaya ötürülməsi üçün imzalanıb.
Qeyd edək ki, “Lend Lease” aktı İkinci Dünya müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərman, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramıdır və “müvəqqəti istifadəyə vermək” mənasını dayışır.
QAZİLER.AZ