Fransa hökuməti İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün "Şarl de Qoll" aviadaşıyıcısı da daxil olmaqla, donanmasına aid hərbi gəmiləri səfərbər edib. APA TV-nin məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının iclasından dərhal sonra "Yelisey" sarayından yayılan açıqlamada bildirilib.
İclasda Fransua Ollandın şəxsən iştirak etdiyi də açıqlanıb.