İsveçrə Suriyanın dondurulmuş aktivlərinin həcmini açıqlayıb

İsveçrə Suriyanın dondurulmuş aktivlərinin həcmini açıqlayıb backend

Hazırda İsveçrədə 99 milyon İsveçrə frankı (112 milyon dollar) dəyərində Suriya aktivləri dondurulub, onların əksəriyyəti illərdir bloklanıb.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bunu İsveçrə hökuməti bildirib. Onun verdiyi məlumata görə, bu məbləğin böyük hissəsi İsveçrənin 2011-ci ilin mayında Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını qəbul etməsindən sonra dondurulub.

İsveçrə bu həftə AB-nin hərəkətə keçməsindən sonra Suriya ilə bağlı sanksiya siyahısına daha üç nəfəri əlavə edib.

"Hazırda sanksiya siyahısında 318 fiziki şəxs və 87 qurum var", - Seco sözcüsü “Reuters”ə deyib və İsveçrənin Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin hər hansı aktivlərini dondurub-dondurduğunu söyləməkdən imtina edib.

QAZİLER.AZ

Diaspora