Suriyadakı yeni hakimiyyət ölkədə təhlükəsizlik patrulları yerləşdirəcək

Suriyadakı yeni hakimiyyət ölkədə təhlükəsizlik patrulları yerləşdirəcək backend

Suriyada yeni hakimiyyət bütün ölkə ərazisində təhlükəsizliyi təmin etmək üçün patrul dəstələri yerləşdirmək niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Dekabrın 11-də Suriyanın keçmiş prezidenti Bəşər Əsədin rəhbərliyi altında kabinet bütün məsələləri Məhəmməd əl-Bəşirin başçılıq etdiyi keçid hökumətinə təhvil verib. Baş nazir vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir dünən ərəb respublikasında bir neçə nazirdən ibarət müvəqqəti hökumətin qurulduğunu bildirib. Onun sözlərinə görə, hökumət ölkənin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq.

QAZİLER.AZ

Diaspora