Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan bütün girovların, o cümlədən Amerika vətəndaşlarının azad edilməsi üçün yeni müqavilə bağlamaq şansı var.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz Pentaqon rəhbəri Lloyd Ostin ilə söhbətində bildirib.
Hazırda vasitəçilər Qəzzada atəşkəsə nail olmaq və İsrail qoşunlarının Misirlə Qəzza sərhədində yerləşən Filadelfiya dəhlizindən çıxarılmasına nail olmaq üçün məsləhətləşmələr aparır.
Dekabrın 11-də isə “Al Arabiya” telekanalı HƏMAS-ın Qəzza zolağında saxlanılan israilli girovların siyahısını Misir rəsmilərinə təhvil verdiyini bildirib.
QAZİLER.AZ