Litvalıların çoxu vətəni üçün döyüşmək İSTƏMİR

Litvalıların çoxu vətəni üçün döyüşmək  İSTƏMİR backend

Litva əhalisinin 50%-dən çoxu müharibə vəziyyətində öz ölkəsini müdafiə etməyi planlaşdırmır.

Qaziler.az xəbər verir ki, bu barədə yerli LRT telekanalı məlumat yayıb.

Litva Müdafiə Nazirliyinin sorğusuna əsasən, sorğuda iştirak edən ölkə vətəndaşlarının 61%-i ölkənin müdafiəsində iştirak etməyi planlaşdırmadıqlarını və heç vaxt niyyətində olmadıqlarını, daha 10%-i isə belə bir ehtimal barədə düşündüyünü, lakin sonradan bu fikirdən imtina etdiyini bildirib.

Həmçinin, respondentlərin 11%-i nə edəcəklərinə hələ qərar vermədiklərini qeyd edib. Litvalıların yalnız 4%-i ölkələrinin müdafiəsində iştirak etmək qərarına gəliblər.

QAZİLER.AZ

Diaspora