İki ölkə Ukraynaya 40 min sülhməramlı göndərmək istəyir

İki ölkə Ukraynaya 40 min sülhməramlı göndərmək istəyir backend

Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk görüş keçirəcəklər. Görüşdə münaqişə bitdikdən sonra Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi müzakirə olunacaq,

Qaziler.az bu barədə “Politico”ya istinadla xəbər verir. Qeyd olunub ki, siyasətçilər dekabrın 12-də Varşavada görüşəcəklər.

İki ölkə xarici hərbçilərdən ibarət 40 minlik sülhməramlı qüvvələrin yaradılması imkanını müzakirə edir. Mənbə bildirib ki, diplomat əsgərlərin hansı ölkələrdən ola biləcəyini açıqlamayıb.

Nəşr qeyd edir ki, söhbət “qapalı qapılar” arxasında baş tutacaq. Siyasətçilər arasında görüşün təfərrüatları daha sonra məlum olacaq.

QAZİLER.AZ

Diaspora