"Budapeşt Kiyevə Rusiya ilə münaqişədə Milad bayramında atəşi dayandırmağı təklif edib, lakin Ukrayna bu ideyanı rədd edib",
Qaziler.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “Facebook” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, bu müddət ərzində əsirlərin dəyişdirilməsi də təklif olunub.
“Macarıstanın AB sədrliyinin sonunda biz sülh üçün yeni addımlar atdıq. Milad bayramında atəşkəs və genişmiqyaslı əsir mübadiləsi təklif etdik. Təəssüf ki, Zelenski bu gün bunu rədd etdi və istisna etdi. Biz əlimizdən gələni etdik!”, - Orban yazıb.
QAZİLER.AZ