NATO baş katibi: “Rusiya artıq ipə-sapa yatmır“

NATO baş katibi: “Rusiya artıq ipə-sapa yatmır“ backend

NATO son 13 ilin ən böyük hərbi təlimlərini davam etdirir. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, təlimlərdə alyans üzvləri olmaqla 30 ölkədən 36 min hərbçi iştirak edir.


"Vahid üçdişli - 2015" adı altında keçirilən təlimlərin başlanılması 2 il bundan əvvəl planlaşdırılıb. Təşkilatın baş katibi Yens Stoltenberq bu müddət ərzində yaranan yeni təhlükələrdən danışıb.

"Şərqdə biz artıq ipə-sapa yatmayan Rusiyanı görürük. Amma hələlik konflikt istəmirik. Biz münasibətlərin daha konstruktiv müstəvidə aydınlaşdırılmasının tərəfdarıyıq. Cənubda isə vəziyyət başqa cürdür. İŞİD-in və başqa terror qruplaşmalarının hərəkətləri zorakılıqdır. Və onlar dövlət qurmaq istəyirlər".

Təlimlərdə daha çox NATO-nun Avropa üzvlərinin qüvvələrindən istifadə olunur. Onların bu hazırlığı Ukraynadakı hadisələrdən sığortalanmağa hesablanıb. ABŞ-ın Avropadakı qoşunlarının komandanı Ben Xocces belə deyib.

"Bizim məqsədimiz başa verə biləcək istənilən təhlükəni tez dəyərləndirib reaksiya vermək iqtidarında olmaqdır. Bu gün qitəyə gələn bombardmançı təyyarələr cəmi 8 saat əvvəl Amerikadan havalanıblar. Bu artıq güc nümayiş etdirməkdir. Müttəfiq qüvvələr çox qısa müddətdə istənilən yerdə toplaşmaq və yaranan təhlükəyə cavab vermək əzmindədirlər", - deyə o qeyd edib.

Xatırladaq ki, NATO-nun genişmiqyaslı təlimlərinin böyük bir hissəsi İspaniyanın Saraqosa əyalətinin San-Qriqorio poliqonunda keçirilir.

Diaspora