Cənubi Koreyada prezidentin istefa tarixi və növbədənkənar seçkilər müzakirə edilib

Cənubi Koreyada prezidentin istefa tarixi və növbədənkənar seçkilər müzakirə edilib backend

Cənubi Koreyanın hakim “Vətəndaş gücü” partiyası öz partiyasından olan parlament üzvlərinin fövqəladə iclası zamanı ölkə prezidenti Yun Sok Yeolun könüllü istefa vermə tarixini müəyyən edə bilməyib.

Qaziler.az bildirir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Həmçinin, deputatlar növbədənkənar prezident seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlı qərar verməyiblər.

Qeyd olunur ki, iki variant nəzərdən keçirilib: fevralda dövlət başçısının istefası və apreldə keçiriləcək seçkilər, ya da martda prezidentin istefası və may ayında keçiriləcək seçkilər.

Hakim partiya dekabrın 14-dən gec olmayaraq yol xəritəsini tamamlayıb təqdim etmək niyyətindədir. Həmin gün impiçmentlə bağlı ikinci səsvermə keçiriləcək.

Agentliyin fikrincə, “deputatlar üçün bu müddətə qədər daxili fikir ayrılıqlarını həll etmək asan olmayacaq”.

QAZİLER.AZ

Diaspora