Sudanın paytaxtı Hartumun Umdurman bölgəsində 20 aydır ordu ilə döyüşən Çevik Dəstək Qüvvələrinin (ÇDQ) həyata keçirdiyi artilleriya hücumunda 65 nəfərin həyatını itirdiyi açıqlanıb.
Xartum əyalət hökumətindən verilən açıqlamada ÇDQ-nin Umdurman bölgəsinin Kereri rayonuna artilleriya hücumu təşkil etdiyi və bu hadisədə 65 nəfərin öldüyü bildirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Xartum valisi Əhməd Osman Həmzə və dövlət rəsmilərinin bölgədə araşdırma apardığı paylaşılan açıqlamada hadisədə yüzlərlə adamın yaralandığı, xəstəxanaların yaralılarla dolu olduğu qeyd edilib.
Açıqlamaya görə, hücumda mikroavtobus dayanacağı hədəf alınıb və vasitədə olan 22 nəfərin hamısı həyatını itirib.
Vali Həmzə, "Milislər (ÇDQ) vətəndaşları qorxutmaqla onları təhlükəsiz yerləri tərk etməyə məcbur etmək məqsədi daşıyır. Müdafiəsiz mülki vətəndaşların öldürülməsini qınayırıq" dedi.
Həmzə beynəlxalq ictimaiyyəti və təşkilatları evlərində, bazarlarında və xəstəxanalarında "milislər" tərəfindən birbaşa hədəfə alınan mülki şəxslərin müdafiəsində "məsuliyyət daşımağa və öz rolunu oynamağa" çağırıb.
QAZİLER.AZ