Rusiyada 4 uşaq məktəbdə huşunu itirib

Rusiyada 4 uşaq məktəbdə huşunu itirib backend

Rusiyanın Sankt-Peterburq şəhərində 4 nəfər məktəbdə sıra düzülüşü zamanı huşunu itirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Mash on the Moika” teleqram kanalı məlumat yayıb.

Hadisə Primorski rayonundakı təhsil müəssisəsində baş verib. Mənbənin sözlərinə görə, 11-14 yaş arasında olan dörd uşaq sıra düzülüşü zamanı huşunu itirib.

Daha 15-ə yaxın şagird səhhətinin pisləşməsi, başgicəllənmə, zəiflik, ürək bulanması və panik ataklardan şikayətlənib. Zərərçəkənlərin hər biri təlimin keçirildiyi otaqda xlorun qoxusundan şikayətləniblər. Ehtimal olunur ki, bütün uşaqlar hərbi hazırlıq sinfinin şagidləridir.

Mütəxəssislər zərərli maddələr üçün hava nümunələri götürüblər, lakin ilkin nəticələr məqbul sayılan həddən artıq olmayıb.

Hazırda polis əməkdaşları vəziyyəti araşdırır və hadisənin baş vermə səbəblərini aydınlaşdırır. Prokurorluq istintaqın gedişinə nəzarət edir.

QAZİLER.AZ

Diaspora