Xəstəxanaya yerləşdirilən Braziliya prezidentini o əvəz edəcək

Xəstəxanaya yerləşdirilən Braziliya prezidentini o əvəz edəcək backend

Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin xəstəxanaya yerləşdirilən dövlət başçısı Luiz İnasio Lula da Silvanın vəzifəsini müvəqqəti icra edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Globo” qəzeti yazıb.

Nəşrin məlumatına görə, vitse-prezident bu gün Braziliyada Slovakiyanın baş naziri Robert Fitso ilə görüşdə da Silvanı təmsil edəcək.

Lula da Silva dekabrın 9-da axşam saatlarında baş ağrısı səbəbindən xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkimlər onda kəllədaxili qansızma olduğunu müəyyən ediblər. Həkimlərin sözlərinə görə, bu, oktyabr ayında aldığı zədə nəticəsində yaranıb. Braziliya prezidenti paytaxtdakı ofisindən əməliyyatın aparıldığı Sao Pauloya köçürülüb.

QAZİLER.AZ

Diaspora