“İsrailin Qolan təpələrindən sonra Dəməşqi və ya Suriyanın digər ərazilərini ələ keçirmək məqsədi yoxdur”.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu təhlükəsizlik və Yaxın Şərq üzrə ekspert, siyası elmlər namizədi Simon Çipis əminliklə qeyd edib. O bildirib ki, Təl-Əviv o ərazilərə o zaman nəzarət etməyə cəhd edə bilər ki, orada anti-İsrail hərbi-siyasi icma formalaşmasın.
“Qolan təpələri artıq ələ keçirilib. Onlar dünəndən İsrailə ilhaq edilib, lakin İsrailin Dəməşq və ya Dəməşq ətrafı kimi Suriya ərazilərini ələ keçirmək və ya ilhaq etmək məqsədi yoxdur, lakin oralara nəzarət edəcəklər”, - Çipis izah edib.
Politoloqun fikrincə, İsrail cihadçıların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün səy göstərəcək. O vurğulayıb ki, Suriyanın hazırda çökmüş dövlətdir hansı ki, mövcud deyil. Ekspert deyib ki, dövlət bərpa olunarsa, tamam başqa formada olacaq.
“Ərazinin bir hissəsi artıq İsrailə keçib, ərazinin digər hissəsi də Türkiyəyə keçəcək. Ona görə də Suriyanın dövlət olaraq mövcud olduğunu söyləməyin mənası yoxdur. O, mövcudluğunu dayandırıb və onun düşmən əllərinə keçməsinin qarşısını almaq üçün İsrail ordusu qərar qəbul edənə qədər orada olacaq”, - politoloq şərhini yekunlaşdırıb.
QAZİLER.AZ