ABŞ Suriyada hakimiyyəti ələ keçirənlərə qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ Suriyada hakimiyyəti ələ keçirənlərə qarşı sanksiyaları  ləğv etməyəcək backend

Birləşmiş Ştatlar ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Suriyaya qarşı sanksiyaları hələlik ləğv etmək niyyətində deyil.

Qaziler.az xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Nəşrin yazdığına görə, Vaşinqton müdaxilə etməmək strategiyasına sadiq qalmaqda davam edir, eyni zamanda region daxilində ayrı-ayrı qüvvələrlə təmas qurmağa çalışır.

“ “Heyət Təhrir əl-Şam”ın plüralizm və demokratiya vədlərinin yerinə yetirilib-yetirilməyəcəyini və qrupun daha geniş məqsədlərinin nədən ibarət olduğunu söyləmək hələ tezdir. Hələlik heç bir nəticə çıxarmırıq”, - nəşr mənbədən sitat gətirib.

Nəşrdə qeyd olunur ki, ABŞ prezidenti Co Bayden administrasiyası yeni seçilmiş lider Donald Trampın keçid komandası ilə konstruktiv müzakirələr aparıb. Görüşlərin mövzusu Suriyadakı mövcud vəziyyət və yanvarın 20-nə planlaşdırılan prezident səlahiyyətlərinin ötürülməsindən sonra Amerikanın regionda siyasəti ilə bağlı gələcək planlar olub.

QAZİLER.AZ

Diaspora