ABŞ Suriyadakı Rusiya bazalarının taleyindən danışdı

ABŞ Suriyadakı Rusiya bazalarının taleyindən danışdı backend

Rusiyanın Suriya ərazisindəki hərbi bazalarının gələcək taleyini ərəb ölkəsinin xalqı özü həll etməlidir.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Bu bazaların vəziyyəti və hakimiyyətə gələn rejimin bazalara nə edib-etməyəcəyi barədə heç bir məlumatımız yoxdur. Birləşmiş Ştatların bu bazalarla bağlı mövqeyinə gəlincə, bu qərarı son nəticədə ABŞ xalqı deyil, Suriya xalqı verməlidir”, - Miller vurğulayıb.

Diaspora