Suriya hökuməti istefa verməyə hazır olduğunu bildirib

Suriya hökuməti istefa verməyə hazır olduğunu bildirib backend

“Prezident Bəşər Əsədə tabe olan Suriya hökuməti istefa verməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu ölkənin baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda müxalifətlə danışıqlar davam edir: “Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”.

Bundan başqa, Suriyada müxalifətin lideri, “Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan Əhməd əl-Şara deyib ki, baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərlik etdiyi hökumət keçid dövründə Suriyanın xeyrinə olacaq: “Əl-Cəlali hökuməti keçid dövründə bizə fayda verəcək”.

Diaspora